Kamran penaltini qaytardı, komandası qol vurdu

Kamran penaltini qaytardı, komandası qol vurdu

Türkiyənin PTT 1-ci liqasında XXVI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Giresunspor"u qəbul edib.

Oyun Kayseri təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran start heyətində yer alıb və 90 dəqiqə meydanda olub. O, 90+3-cü dəqiqədə rəqib futbolçunun penalti zərbəsini dəf etməklə də özündən söz etdirməyi bacarıb. 

Qeyd edək ki, "Kayserispor" 26 turdan sonra 56 хalla turnir cədvəlinə başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər