"Atletiko Madrid"in cari mövsümün sonunadək "Yuventus"dan icarəyə götürdüyü Moyze Kinin transferini nə vaxt açıqlayacağı bəllidir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, paytaxt klubu 23 yaşlı forvardın keçidini bu gün elan edəcək.
Moyzenin icarəsi İspaniya nəhənginə 500 min avroya başa gəlib. Razılaşmaya əsasən ön xətt oyunçusunun maaşı tam şəkildə "Atletiko" tərəfindən ödəniləcək. Eləcə də "Yuve" bu keçiddən müxtəlif bonuslar şəklində əlavə qazanc da əldə edə bilər.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 18 oyuna çıxan Kin məhsuldar göstəricilərlə yadda qalmayıb.