İspaniya nəhəngi Brentueytə elçi düşdü

İspaniya nəhəngi Brentueytə elçi düşdü

"Everton"un futbolçusu Cerred Brentueyt karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Xəbərə görə, 21 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Real Madrid" maraqlıdır. Mənbə iki stopperini - David Alaba və Eder Militaonu ağır zədə üzündən uzun müddətə itirən "Kral klubu"nun baş məşqçisi Karlo Ançelottinin sözügedən futbolçunun performansını olduqca yüksək dəyərləndirdiyini vurğulayıb.

Qeyd edək ki, cari mövsüm "Everton" forması ilə bütün turnirlərdə 21 matça çıxan Brentueyt məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun Liverpul təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Cerredin transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər