"İspaniya bizdən qorxmalıdır"

"İspaniya bizdən qorxmalıdır"

Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi dünya çempionatının 1/8 finalında İspaniya millisinə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu dünyaya göz açdığı İspaniyanın milli komandasına meydan oxuyub: 

“İspaniya millisi bu turnirdə güc baxımından ilk 5 komanda arasındadır. Onlarla matçımız ağır olacaq. Amma özümüzə arxayınıq. Çalışacağıq ki, öz oyunumuzu oynayıb qələbə qazanaq.

Qrupda birinci yeri tutduq, məncə, artıq bir az hörmət qazanmışıq. Əminəm ki, İspaniya da bunu başa düşür. Onlar bizdən qorxmalıdırlar”.

Mərakeş - İspaniya oyunu sabah, dekabrın 6-da keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər