"May ayında 20-ci vəzifəyə seçiləcəyəm, amma hansı vəzifə olduğunu hələ demirəm. Özünüz eşidəcəksiniz". Fanat.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev ad günü və yeni təyin olunduğu vəzifə ilə bağlı axar.az-a danışarkən deyib.
"Hər il olduğu kimi bu dəfə də ad günümü yaxın dostlarım və ailəmlə keçirəcəyəm. 150-200 nəfər yığışırıq bir yerə. Onların çoxunu 50 ildi tanıyıram. Təyin olunduğum yenə vəzifəylə bağlı heç bir çətinliyim yoxdu. Mənim 2 yox, 19 vəzifəm var: İnterpolun fəxri səfiriyəm, “Neftçi”nin Müşahidə Şurasının sədriyəm, Penklubun vitse-prezidentiyəm və s. Hamısını deməyə vaxt çatmaz. May ayında 20-ci vəzifəyə seçiləcəyəm, amma hansı vəzifə olduğunu hələ demirəm. Özünüz eşidəcəksiniz".
Fanat.az