"Son iki gündə bu barədə çox oxudum. Futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt "Neftçi"ni də məğlub etmişdik. O vaxt cəsarətim çatırdı, başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. Amma söz verirəm ki, meydana çıxmayacam. Futbolu da bilirəm. Uşaqlıqda həmişə "Neftçi"nin stadionunu dolu görürdük. Amma 1966-cı ildən sonra böyük uğurumuz olmadı. Bu təklifi eşidən kimi razılıq verdim". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri seçilən Çingiz Abdullayev deyib.
Çingiz Abdullayev "Yeni sistemdə "Neftçi"nin hansı planları var" sualına belə cavab verib: "İlk iş yığışıb danışmaqdı. İnsan vəzifəyə gələndə düşünür ki, hamıdan ağıllıyam. Bu yanlış düşüncədi. Mən o vaxt elə bilirdim ki, harasa rəhbərlik edə bilmərəm. Amma sonra Yazıçılar Birliyinə çağırdılar, rəyasət heyətinə rəhbərlik etməli idim. Halbuki, onda dahi şəxsiyyətlər var idi. Dedim ki, mən bu iclası apara bilmərəm. O vaxt onlardan biri desəydi ki, cavansan, dur get, gedərdim. İndi "Neftçi"də də təcrübəli adamlar var, ömür boyu futbolla məşğul olanlar var. Səmədağa Qurbanovun oyununu yaxşı xatırlayıram. İlk növbədə məsləhətləşməliyik. Bu təcrübəlilər nə məsləhət verirlər. Fakt odu ki, mən yazıçıyam. Bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacam. Əgər növbəti seçkidə məni ismətəsələr, burda qalmayacam".
Yazıçı "Neftçi" üçün yeni satdion istəyib: "Oturan kimi dedim ki, Olimpiya stadionunu "Neftçi"yə verin. Amma dedilər ki, əvvəlcə indiki stadionu doldurun. Hamı gəlməlidi ki, böyük stadion dolsun".//apasport.az
Fanat.az