Xalq yazıçısı Çingiz Abdullayev "Neftçi" Futbol Klubuna prezident seçilməsi ilə bağlı "Kulis"ə açıqlama verib.
Yazıçı bildirib ki, bu gün axşam saat 17.00-də "Neftçi"də seçki keçiriləcək, seçkidən qabaq heç nə deyə bilməz.
Xatırladaq ki, bugünkü tədbirdə klubun strukturunda dəyişiklik gözlənilir və yeni struktura görə prezident vəzifəsi Müşahidə Şurasının sədri vəzifəsi ilə əvəz olunacaq. Abdullayevin bu şuraya sədr seçiləcəyi gözlənilir.
Fanat.az