"Çingiz Abdullayev bacarmadığı işin məsuliyyətini öz üzərinə götürməz". Fanat.az xəbər verir ki, bu sözləri aznews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.
O bildirib ki, Çingiz Abdullayev dünya şöhrətli yazıçıdı və onun yüksək idarəetmə qabiliyyəti var: "Görünür, "Neftçi" rəhbərliyi də bu nüfüzuna görə xalq yazıçısının kluba rəhbər seçilməsini arzulayıb".
Çingiz Abdullayevin Yazıçılar Birliyində öz vəzifəsində qalıb-qalmaması məsələsinin müzakirəsinə gəlincə isə Xəyal Rza deyib edib ki, bu, onun müəllimin öz seçimidi: "Biz də buna hörmətlə yanaşmalıyıq. Onun AYB-nin katibi vəzifəsindən getməsi məsələsi müzakirə olunmur".
Qeyd edək ki, Çingiz Abdullayev "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin Müşahidə Şurasının sədri seçilib. Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanov şuranın üzvləridi.
Fanat.az