İdmançılar təyyarə qəzasında öldü

İdmançılar təyyarə qəzasında öldü

ABŞ-da idmançıları daşıyan xüsusi təyyarə qəzaya düşüb. Fanat.az xəbər verir ki, qəza nəticəsində təyyarədə olanların hamısı həlak olub.

İdmançılar Amerika Universiteti İdmanı Federasiyasının (NCAA) basketbol yarışından geri qayıdırmış. Hadisə ABŞ-ın İllinoys ştatında qeydə alınıb. “Cessna 414” tipli təyyarədə olan 7 məşqçi və idmançının hamısı həyatını itirib.

Təyyarə İllinoys ştatının Indianapolisten hava limanından qalxdıqdan qısa müddətdən sonra Bloomington şəhəri yaxınlığında yerə düşüb. Qəza ilə bağlı istintaq başlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər