"Neftçi" rəhbərliyi klubun bazasında 20 nəfərin zəhərlənməsi ilə bağlı хəbərə münasibət bildirib. Fanat.az хəbər verir ki, klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə хəbəri təkzib edib:
"Bir neçə gün əvvəl şəxsi işim olduğu üçün işə gələ bilmədim. Yalandan, zəhərlənmişəm, özümü pis hiss edirəm dedim. Görünür bu məni sevən dostlarımı narahat edib və xəbər mətbuata "Neftçi"də kütləvi zəhərlənmə kimi ötürülüb. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. İmkan vermirsiz ki, yalan danışaq.
O ki, qaldı zəhərlənmə xəbərinə, ümumiyyətlə "Neftçi"nin 78 illik tarixində belə hadisə yaşanıb. TV-də müəllimlərimdən olmuş, rəhmətlik Valid Sənani xatirələrində yazırdı ki, 1957-ci ildə İrəvan "Spartak"ı ilə oyundan öncə mehmanxanada "Neftçi"nin futbolçularını zəhərləyiblər. Nəticədə bir neçə aparıcı oyunçu meydana çıxa bilməyib və komandamız 0:3 hesabı ilə uduzub. Gələcəkdə "Neftçi"də bugünə qədər olan xatirlərini yazası olsam, bu fakta rast gəlməyəcəksiniz. Çünki, yayılan xəbər yalandan başqa bir şey deyil!"
Fanat.az