Finalın adı bəlli oldu

Finalın adı bəlli oldu

Voleybol üzrə Azərbaycan Super Liqasında qadınların mübarizəsində finalın ikinci iştirakçısınınadı bəlli olub. Fanat.az xəbər verir ki, pley-off mərhələsində sonuncu yarımfinal oyunu keçirilib. 

Voleybol Mərkəzində baş tutan görüşdə "Azəryol" və "Lokomotiv" növbəti finalçının adını müəyyənləşdiriblər. Əvvəlki iki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazandığından üçüncü oyun həlledici olub. 

Daha üstün mübarizə aparan "dəmiryolçular" qızıl medal uğrunda yarışmaq hüququ qazanıblar. "Azəryol" isə üçüncü yer uğrunda "Azərreyl"ə qarşı mübarizə aparacaq.

Qeyd edək ki, finalda "Lokomotiv"in rəqibi "Rabitə"di. Zoran Qayiçin yetirmələri yarımfinalda "Azərreyl"i iki görüşdə məğlub edib. 

 

Super Liqa

Pley-off (yarımfinal)

Cavab oyunu

8 aprel 

Azəryol - Lokomotiv 1:3 (17:25, 25:18, 12:25, 16:25)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər