Emil Balayev oynamadı, komandası qələbəni əldən verdi

Emil Balayev oynamadı, komandası qələbəni əldən verdi

Qazaxıstanda legioner həyatı yaşayan Azərbaycan millisinin qapıçısı Emil Balayevin komandası "Turan" növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiperin komandası səfərdə "Astana" ilə qarşılaşıb.

Oyunun gedişində hətta iki topluq üstünlük qazanmasına baxmayaraq, Türküstan təmsilçisi sonda heç-heçəylə kifayətlənib - 3:3.

Balayev yenə ehtiyatda qalaraq debüt edə bilməyib. Türküstan təmsilçisinin əsas qapıçısı Erjan Tokotayev isə penalti qaytarsa da, 4 matçlıq "quru seriya"sı 3 qolla qırıldığığı məşqçilər korpusu növbəti turlarda Balayevə şans verə bilər. 

Qeyd edək ki, "Turan" 8 oyundan sonra 8 xal toplayaraq 11-ci yerdə qərarlaşıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər