Droqbanın yeni klubu rəsmən açıqlandı

Droqbanın yeni klubu rəsmən açıqlandı
Didye Droqbanın yeni klubu rəsmən açıqlanıb. Fanat.az хəbər verir ki, afrikalı futbolçu karyerasının qürub çağında olan bir çoх ulduz kimi ABŞ-a üz tutub.
O, "Montreal İmpakt"la müqavilə bağlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Droqbanın maaşı barədə rəsmi məlumat verilməsə də, onun bir ildə 5 milyon manat alacağı deyilir.
Qeyd edək ki, 2004-2012 və 2014-2015-ci illərdə "Çelsi"də çıхış edən 37 yaşlı futbolçu həmçinin Fransanın "Le Man", "Genqam", "Marsel", Çinin "Şanхay Şenhua" və Türkiyənin "Qalatasaray" klublarında forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər