Dmitri Nazarov 6 dəqiqə oynadı

Dmitri Nazarov 6 dəqiqə oynadı

Azərbaycan yığmasının üzvü Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Nazarovun komandası səfərdə “Aalen”lə qarşılaşıb.

 

Gərgin mübarizə şəraitində keçən matç 2:2 hesabı ilə nəticələnib. Start heyətində yer almayan Nazarov yalnız son 6 dəqiqədə oynama imkanı qazanıb. O, meydana daxil olanda hesab artıq 2:2 olub.

 

Qeyd edək ki, 27 turdan sonra 45 xal toplayan “Karlsrue” turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər