Cessi Linqard İspaniya nəhəngində?

Cessi Linqard İspaniya nəhəngində?

"Mançester Yunayted"in sabiq futbolçusu Cessi Linqard karyerasını İsapaniya La Liqasında  davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" yayıb.

Xəbərə görə, ingiltərəli yarımmüdafiəçi "Barselona"nın maraq dairəsindədir.

Qeyd edək ki, Linqard 2023-cü ilin iyulunda "Nottingem Forest"dən ayrıldıqdan sonra özünə yeni klub tapa bilmir. 

O, payızda bir müddət Stiven Cerrardın çalışdırdığı "Əl-İttifaq"ın düşərgəsində məşq etsə də, yekunda Səudiyyə Ərəbistanı təmsilçisi ilə münasibətləri rəsmiləşdirməmişdi. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər