"Mən o fikirlə razı deyiləm ki, Malta ilə oyunda yaradıcı futbolçu yox idi. Mən özüm topla oynamağı sevən futbolçuyam. Tərzim elədi ki, 30 faiz dağıdıcı, 70 faiz yaradıcı oynayıram". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Cavid Hüseynov deyib.
Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun komandamızda yaradıcı futbolçunun olmaması və “orta xətt üçün yaradıcı futbolçu tapmaq lazımdı” fikirlərini səsləndirib. Ötən axşam "Futbol saatı"nın qonağı olan Cavid təcrübəli mütəxəssisə cavab verib: "Məndən başqa Rahid Əmirquliyev də həm dağıdıcılığı, həm də yaradıcılığı bacarır. Mən deyərdim ki, onda bu keyfiyyətlər 50/50-di. Qara Qarayevin isə ötürmələrinə baxmaq kifayətdi ki, onun necə oyun qurmaq bacarığına sahib olduğunu görəsən. Belə vəziyyətdə “yaradıcı futbolçu yoxdu” sözü heç bir məntiqə sığmır axı".
Hüseynov həmçinin milli üzvlərinin 3 gündən bir oynamağa qadir olmaması fikri ilə də razılaşmayıb: "Biz onsuz da çempionatda son zamanlar elə 3 gündən bir oynayırıq. Malta ilə oyunda da son dəqiqələrdə hücum edərkən rəqibin cərimə meydançasında 4-5 futbolçunuz olurdu. Fiziki hazırlıq aşağı olsaydı olmazdı. Görünür onlar çempionat oyunlarına yaxşı baxmırlar".
Fanat.az