"İnter"in sahibi və fəxri prezidenti Cahangir Hacıyevin istefasından sonra boş qalmış Beynəlxalq Bankın İdarə Heyətinin sədri postuna təyinat olub. Fanat.az xəbər verir ki, "Paşa Bank"ın sədri Fərid Axundov Beynəlxalq Bankın İdarə Heyətinə sədr təyin edilib.
Məlumat üçün bildirək ki, Fərid Axundov 23 may 1971-ci ildə anadan olub. Ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun sənayenin planlaşdırılması fakültəsində alıb. 1993-cu ildə Nottingem Trent Universitetinin (Bakı) menecment kurslarını bitirib. 1995-ci ildə Britaniyanın Mançester şəhərində yerləşən Salford Universitetinin biznesin administrasiyası fakültəsini bitirib.
03.1996-10.2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında maliyyə nəzarəti şöbəsinin meneceri, müştəri xidmətləri şöbəsinin meneceri, baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
10.2003-06.2005-ci illərdə "Bank Standard" KB-nın İdarə Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib. 07.2005-03.2007-ci illərdə "F.T.F" MMC-nin direktoru vəzifəsində çalışıb. 30.06.2007-ci il tarixdən isə "Paşa Bank" İdarə Heyətinin sədri vəzifəsində işləyib.
Fanat.az