Martın 30-31- aralığında İsveçin paytaxtı Stokholm şəhərində Avropa Klublar İttifaqının (ECA) Baş Assambleyasının Plenar İclası keçrilib. Fanat.az xəbər verir ki, sayca 15-ci olan bu iclasda həmişəki kimi AZALın nümayəndəsi də iştirak edib.
Belə ki, klubun vitse-prezidenti Fikrət Hüseynov tədbirə qatılaraq gündəlikdə duran məsələlərin müzakirəsində iştirak edib. O həm də bu mötəbər tədbirdə ölkəmizin yeganə təmsilçisi olub. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə AZAL-dan başqa heç bir klub nümayəndəsini göndərməyib.
Baş Assambleyasının Plenar İclasında futbolda böyük önəm kəsb edən bir sıra məsələlər - milli komandaların üzvlərinin sığortalanması, FIFA TMS sistemi ilə baglı inzibatı cəzaların tətbiqi, dünya çempionatından əldə olunan gəlirlərin bölüşdürülməsi, futbolçuların transferi və keçidinə dair əsasnamənin müzakirəsi haqda fikir mübadiləsi aparılıb.
Fanat.az