"Mahir Şükürov yenə komandadan ayrı məşq edir". Fanat.az xəbər verir ki, bu sözləri Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Ayhan Akman hafta.az-a deyib.
Millimizin üzvü Mahir Şükürovun “Karşıyaka”dakı taleyi barəsində danışan Akman qeyd edib ki, futbolçunun 6 ay maaşını ala bilməməsi onu maraqlandırmır: “O, mənim problemim deyil. Mən komandanın oyununa cavabdehəm. Şükürovun “Karşıyaka”dan ayrılmaq ehtimalı daha çoxdu. Mahir komandanın məşqlərinə buraxılmır. Onu heyətdən kənarlaşdırandan sonra ayrıca məşq edir. “Karşıyaka”da qalıb-qalmayacağı tam müəyyənləşməyib. Amma indiki vəziyyətdə komandadan uzaqlaşdırılacağı daha inandırıcı görünür”.
Fanat.az