Avropanınən yaхşı qolu - 10 namizəd

Avropanınən yaхşı qolu - 10 namizəd
UEFA 2014/15 mövsümünün ən yaхşı qolunu seçmək üçün 10 namizədi açıqlayıb. Fanat.az хəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.
Onlardan 9-u kişi, biri qadındı. Namizədlər arasına düşmüş yeganə qadın futbolçu Belçikanın 17 yaşadək qadınlardan ibarət yığmasının üzvü Mariam Abdulai Tolobadı. Ondan başqa siyahıya daha bir yığma üzvü düşüb. Belə ki, Şotlandiyanın U-19 komandasının üzvü Robbi Muirheadın Norveçə vurduğu qol ən yaхşılar arasındadı.
Qalan 8 qolun 4-ü Çempionlar Liqasında, 4-ü Avropa Liqasında vurulub. Yalnız "Barselona"dan iki futbolçu namizədlər arasına düşüb. Qalan 6 qola "Real", "Metallist", "Arsenal", "Tottenhem", "Volfsburq" və Kiyev "Dinamo"sunun üzvləri imza atıb
Qeyd edək ki, mövsümün qolunu seçmək üçün UEFA-nın rəsmi saytında keçirilən sorğu avqustun 25-dək davam edəcək. Nəticə avqustun 27-də Monakoda keçiriləcək Çempionlar Liqasının püşkatması zamanı açıqlanacaq.
Robbi Muirhead (Şotlandiya U-19): Şotlandiya - Norveç
Kriştiano Ronaldo (Real): Liverpуl - Real
Lionel Messi (Barselona): Barselona - Bavariya
Vasıl Kobin (Metallist Xarkiv): Legia - Metallist
Aaron Ramsey (Arsenal): Qalatasaray - Arsenal
Erik Lamela (Tottenhem): Tottenhem - Asteras
Kevin De Bruyne (Volfsburq): Volfsburq - Lill
Mariam Abdulai Toloba (Belçika U-17, qadınlar): - Uels - Belçika
Vitorino Antunes (Dinamo Kiyev): Dinamo - Everton
Neymar (Barselona): Barselona - PSJ
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər