Avropa oyunlarının məşəli nə vaxt yandırılacaq? Tarix məlumdu

Avropa oyunlarının məşəli nə vaxt yandırılacaq? Tarix məlumdu

I Avropa oyunlarının məşəlinin yandırılacağı vaxt məlum olub. Fanat.az xəbər verir ki, Bakıda keçiriləcək yarışın məşəli aprelin 26-da yandırılacaq.

Bu barədə Gənclər və İdman naziri Azad Rəhimov Türkiyədə karate üzrə keçirilən Avropa çempionatında iştirak edən idmançılarımızla görüş zamanı məlumat verib. Nazir bildirib ki, məşəl əvvəlcə Bakının küçələrini gəzəcək. Ölkəmizin tanınmış xadimləri, habelə idmançıları bu şərəfə layiq görüləcəklər.

İdman qurğularına gəlincə, A.Rəhimov bildirib ki, aprel ayınadək bütün tikinti işləri başa çatacaq. Bununla yanaşı 34 ölkənin telekanalı ilə I Avropa oyunlarının yayımı haqda müqavilə imzalanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər