Anar Bəkirov: "Bütün qaranlıq məsələlərə aydınlıq"

Anar Bəkirov: "Bütün qaranlıq məsələlərə aydınlıq"

"Simurq"un prezidenti Anar Bəkirov əsas komandanın üzvləri ilə iclas keçirdib. Fanat.az xəbər verir ki, klub rəhbərliyinin, məşqçilər korpusunun və futbolçuların iştirak etdiyi görüşdə qarşıdakı oyunlar müzakirə edilib. 

İclasda Anar Bəkirov son zamanlar "Simurq"la bağlı mətbuatda gedən yazılara aydınlıq gətirərək bildirib ki, heç bir kənar təsir komandanın qarşısına qoyduğu hədəfə çatmağa mane olmamalıdı. Hər bir kəs işinə köklənməli və yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparmalıdı. O qeyd edib ki, "Simurq"un gələcəyi ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir və yaxın zamanlarda bütün qaranlıq məsələlərə aydınlıq gətiriləcəkdir. Komandanın maliyyə cəhətdən heç bir probleminin olmadığını diqqətə çatdıran klub prezidenti, futbolçulardan qarşıdakı oyunlarda mütləq nəticənin qazanmalı olduqlarını vurğulayıb və onlara uğurlar arzulayıb.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər