Amerika Kuboku: Çilidən daha bir qələbə - VİDEO

Amerika Kuboku: Çilidən daha bir qələbə - VİDEO
Amerika Kubokunda II turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən axşam C qrupunda turun son oyunu keçirilib. Ekvadorla Çilinin qarşılaşmasında 3 qol vurulub və ikincilər 2:1 hesablı qələbə qazanıb.
Çilinin qollarına isə Joze Fuenzalida və Aleksis Sançes imza atıb. Ekvadorun təsəlli qolunu iisə Enner Valensiya vurub. Bu komandadan Qabriel Axilyer son dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, Çili iki turdan sonra 6 xalla qrup lideridi, Ekvador 0 xalla sonuncu pilləni tutur. İkinci pillədəki Uruqvayın 4, üçüncü yeri tutan Yaponiyanın 1 xalı var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər