Amerika Kuboku: Argentinadan növbəti qələbə - VİDEO

Amerika Kuboku: Argentinadan növbəti qələbə - VİDEO
Amerika Kubokunda mübarizə davam edir.
Fanat.Az xəbər verir ki, bu axşam B qrupunda daha iki qarşılaşma baş tutub.
Uruqvay - Çili oyununda qalib müəyyənləşməyib. Hesabı 26-cı dəqiqədə Çilidən Eduardo Varqas açıb. 66-cı dəqiqədə Arturo Vidalın avtoqolu Uruqvaya bir xal qazandırıb.
Digər oyunda isə Argentina Paraqvayı sınağa çəkib və 1:0 hesablı qələbə qazanıb. Yeganə qola 10-cu dəqiqədə Alexandro Qomes imza atıb.
Argentina 3 oyundan sonra 7 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan Çili 2-ci yeri tutur. 2 oyun keçirən Paraqvay 3 xalla 3-cü, 1 xal qazanan Uruqvay 4-cü pillədə qərarlaşıb. Xal qazana bilməyən Boliviya sonuncudur.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər