Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, A, C və D liqalarında 2, B liqasında isə 1 matç olmaqla, ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının II qrupunda İslandiya və İsveçrə milliləri qarşılaşıb. 2:1 hesablı qələbə qazanan İsveçrə top fərqinə görə birinci pilləyə yüksəlib. Eyni xalı olan Belçika ikinci yeri tutur. İslandlar isə xal qazana bilməyib.
Günün ən maraqla gözlənilən qarşılaşması A Liqasının IV qrupunda İngiltərə və İspaniya arasında keçirilib. 6 xalla qrup lideri olan İspaniya 2:3 hesabı ilə yenilib. Xalını 4-ə yüksəldən İngiltərə qrup ikincisi, Xorvatiya isə 1 xalla sonuncudu.
B Liqasında günün yeganə maçtı Bosniya və Hersoqovina və Şimali İrlandiya arasında keçirilib. Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin başçılıq etdiyi komanda 2:0 hesablı qələbə qazanıb. 3 turda maksimum nəticəyə imza atan bisniyalılar qrup lideridi. Avstriya 3 xalla ikincidi, britaniyalılar isə xal qazana bilməyib.
C Liqasının II qrupunda iki matç baş tutub. Finlandiya - Yunanıstan görüşü qrup liderliyi baxımından böyük önəm daşıyırdı. Finlər 2 hesablı qələbə qazanaraq Millətlər Liqasında 4 qələbə qazanan ilk komanda olublar. Yunanıstan uduzsa da, 6 xalla ikinci pilləni tutur. Macarıstan səfərdə Estoniya ilə 3:3 esablı heç-heçəyə razılaşıb. Macarların 3, estonların 2 xalı var.
Azərbaycan millisinin mübarizə apardığı D Liqasının II qrupunda Belarus Moldovanı, Lüksemburq San Marinonu qəbul edib. Lüksemburq 3:0 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəlib. 0:0 hesablı heç-heçəyə razılaşan Belarus ikinci pilləni tutur. Moldovanın 4 xalı var. San Marino isə xalsızdı.
Millətlər Liqası
IV tur, 15 oktyabr
A liqası
II qrup
İslandiya - İsveçrə 1:2
Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52. Maykl Lanq, 67.
|
1. |
İsveçrə |
3 |
2 |
0 |
1 |
9:3 |
6 |
|
2. |
Belçika |
2 |
2 |
0 |
0 |
5:1 |
6 |
|
3. |
İslandiya |
3 |
0 |
0 |
3 |
1:11 |
0 |
IV qrup
İspaniya - İngiltərə 2:3
Qollar: Alkaser Pako, 58. Serxio Ramos, 90+8 - Rahim Sterlinq, 16; 38. Markus Raşford, 30.
|
1. |
İspaniya |
3 |
2 |
0 |
1 |
10:4 |
6 |
|
2. |
İngiltərə |
3 |
1 |
1 |
1 |
4:4 |
4 |
|
3. |
Xorvatiya |
2 |
0 |
1 |
1 |
0:6 |
1 |
B liqası
III qrup
Bosniya və Hersoqovina - Şimali İrlandiya 2:0
Qollar: Edin Ceko, 27; 73.
|
1. |
Bosniya və H. |
3 |
3 |
0 |
0 |
5:1 |
9 |
|
2. |
Avstriya |
2 |
1 |
0 |
1 |
1:1 |
3 |
|
3. |
Şimali İrlandiya |
3 |
0 |
0 |
3 |
1:5 |
0 |
C liqası
II qrup
Finlandiya - Yunanıstan 2:0
Qollar: Piri Soiri, 56. Qlen Kamara, 89.
Estoniya - Macarıstan 3:3
Qollar: Siim Luts, 20. Artur Pikk, 70. Henri Anyer, 79 - Dominik Naqi, 24. Adam Szalay, 54. Barnabas Bese, 81.
|
1. |
Finlandiya |
4 |
4 |
0 |
0 |
5:0 |
12 |
|
2. |
Yunanıstan |
4 |
2 |
0 |
2 |
3:4 |
6 |
|
3. |
Macarıstan |
4 |
1 |
1 |
2 |
5:6 |
4 |
|
4. |
Estoniya |
4 |
0 |
1 |
3 |
3:6 |
1 |
D liqası
II qrup
Belarus - Moldova 0:0
Lüksemburq - San Marino 3:0
Qollar: David Turpel, 4. Danel Sinani, 65. Vinsent Till, 73.
Qırmızı vərəqə: Aleks Qasperoni, 54 (San Marino).
|
1. |
Lüksemburq |
4 |
3 |
0 |
1 |
10:1 |
9 |
|
2. |
Belarus |
4 |
2 |
2 |
0 |
6:0 |
8 |
|
3. |
Moldova |
4 |
1 |
2 |
1 |
2:4 |
5 |
|
4. |
San Marino |
4 |
0 |
0 |
4 |
0:13 |
0 |
Fanat.Az