Aprelin 9-da Topaz Premyer Liqasında XXIX turun oyunları keçiriləcək. Fanat.az хəbər verir ki, turun iki oyunu canlı yayımlanacaq.
"İdman Azərbaycan" kanalı əvvəlcə saat 17.00-da başlayacaq "Qarabağ" - AZAL matçını efirə verəcək. Kanal bundan iki saat sonra "Qəbələ" - "Simurq" oyununu canlı yayımlayacaq.
Qeyd edək ki, turun "Xəzər Lənkəran" - "Neftçi" matçını "Xəzər Lənkəran" TV vasitəsi ilə izləmək mümkün olacaq.
Fanat.az