Zlatan İbrahimoviç: "İspaniyaya qayıdıram" - VİDEO

Zlatan İbrahimoviç: "İspaniyaya qayıdıram" - VİDEO
ABŞ-ın "Los-Anceles Qelaksi" klubunda çıxış edən Zlatan İbrahimoviç yeni açıqlama ilə gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, isveçli ulduz İspaniyaya qayıdacağını açıqlayıb.
38 yaşlı hücumçu özünün "Instagram" hesabında yayımladığı videoda bildirib: "Salam, İspaniya. Təxmin edən var? Mən geri qayıdıram!"
O, hansı kluba keçəcəyi barədə isə məlumat verməyib.
Qeyd edək ki, Zlatan İbrahimoviçin hazırkı klubu ilə müqaviləsi bu il dekabrın 31-də başa çatır. O, 2009-2011-ci illərdə "Barselona"da çıxış edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər