Zaur Svanadze "Neftçi" ilə oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi bunları deyib:
“Mən nəticədən razıyam. Biz görüşün gedişatına nəzarət etməyi bacardıq. Yaxşı imkanlar əldə etdik. Biz problemlərin fonunda qalib gəldik. Yaxşı təlim-məşq toplanışı keçməmişik, bu da öz təsirini göstərir. 4 oyunçumuz zədədən əziyyət çəkir. Sevinirəm ki, bu gün heç bir oyunçumuz zədə almadı”.
Fanat.az