Yığma üzvlərində dopinq tapıldı

Yığma üzvlərində dopinq tapıldı

Ağır atletika üzrə Bolqarıstan yığmasının üzvlərində dopinq aşkar edilib. Fanat.az xəbər verir ki, Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq zamanı martın əvvəlində bu ölkənin idmançıları növbəti dəfə yoxlamadan keçirilib və onlardan Stanozolol sterotipi tapılıb.

Komandanın 11 üzvü dopinq-sınaqlardan müsbət keçib, amma ağır atletika üzrə Bolqarıstanın milli yığması tam heyətlə diskvalifikasiya olunub. Bu barədə Bolqarıstanın Ağır Atletika Federasiyasının mətbuat xidməti də məlumat yayıb. 

Bildirilib ki, hazırda Bolqarıstanda dopinq-qalmaqalın araşdırılması davam edir. Yaxın günlərdə sınağın nəticələri - idmançıları və qida əlavələrinin kimyəvi analizinin nəticələri məlum olacaq. Bolqarıstanlı ağır atletika idmançıları beynəlxalq yarışlara hazırlığı başa çatdırıb vətənə qayıdıblar.

Xatırladaq ki, 2008-ci ildə Pekin Olimpiadasından iki ay əvvəl ağır atletika üzrə Bolqarıstan yığması tam heyətdə dopinq istifadəsinə görə diskvalifikasiya edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər