“Qalatasaray” cari mövsümün ən məhsuldar forvardlarından birinə göz dikdi

“Qalatasaray” cari mövsümün ən məhsuldar forvardlarından birinə göz dikdi
“Qalatasaray” (Galatasaray) qış transfer pəncərəsində heyətini gücləndirmək üçün hazırlıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı “Ajansspor” yayıb. 
Məlumata görə, İstanbul təmsilçisi İsveçrənin “Sion” klubunda çıxış edən 20 yaşlı hücumçu Uinsli Botelini (Wynton Boteli) yenidən transfer gündəminə daxil edib.
“Qalatasaray” yay transfer pəncərəsində də futbolçunu heyətinə qatmağa çalışsa da, bu keçid baş tutmayıb. Gənc hücumçu hazırda “Sion”da çıxışını davam etdirir.
“Qalatasaray” cari mövsümün ən məhsuldar forvardlarından birinə göz dikdi
Boteli cari mövsümdə məhsuldar oyunu ilə diqqət çəkib. O, bütün turnirlərdə keçirdiyi 16 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Futbolçunun bazar dəyərinin 15 milyon avroya yüksəldiyi bildirilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər