Azərbaycan Premyer Liqasında 100-cü oyun

Azərbaycan Premyer Liqasında 100-cü oyun
Misli Premyer Liqasının 8-ci turu Elçin Əlicanov üçün əlamətdar olub. 
Fanat.Az xəbər verir ki, “Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib.
O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.
Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər