“Futbol Azərbaycan cəmiyyəti üçün təkcə idman deyil” - Fuad Hacıyev

“Futbol Azərbaycan cəmiyyəti üçün təkcə idman deyil” -  Fuad Hacıyev
“Gələcək futbolçuların hazırlanmasında məşqçilərin məsuliyyəti böyükdür”.
Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev akademiya ilə “Qarabağ” Futbol Klubunun akademiyası arasında əməkdaşlıq çərçivəsində təşkil olunan “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr edilmiş tədbirdə səsləndirib.
“Futbol Azərbaycan cəmiyyəti üçün təkcə idman deyil, həm də insanların əhvalına və ictimai həyata təsir göstərən vacib amildir. Onlar idmançıların fiziki hazırlığı ilə yanaşı, pedaqoji metodlara və fərdi qabiliyyətlərin inkişafına da xüsusi diqqət ayırmalıdırlar. Azərbaycan futbolunun inkişafı üçün məşqçilərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da artırılması vacibdir. Beynəlxalq təcrübə göstərir ki, idman komandalarının fəaliyyətində həkimlər, psixoloqlar, fiziki hazırlıq üzrə mütəxəssislər, analitiklər və digər peşəkarların iştirakı mühüm əhəmiyyət daşıyır. Bu mütəxəssislər idmançıların fiziki və psixoloji durumunu dəyərləndirir, onların potensialının üzə çıxarılmasına və məşq prosesinin daha effektiv qurulmasına dəstək olurlar. Azərbaycanda da bu sahədə geniş imkanlar var. İdmançıların funksional vəziyyətinin yoxlanılması, göstəricilərinin təhlil edilməsi və fərdi hazırlıq proqramlarının düzgün tərtibi idman nəticələrinin yüksəldilməsinə kömək edə bilər”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər