Topaz Premyer Liqasında hələ indi II turun oyunları keçirilsə də, artıq bir hakim cəzalandırılıb. Fanat.az-ın əldə etdiyi məlumata görə, İnqilab Məmmədov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun qəzəbinə tuş gəlib.
Buna səbəb onun I turun "Rəvan" - "Sumqayıt" oyunda buraхdığı kobud səhvlər olub. 0:0 hesabı ilə yekunlaşan oyunda ciddi səhvlərə yol verən İnqilab Məmmədov Hakimlər Komitəsi tərəfindən 5 turluq cəzalandırılıb. Onun II turda təyinat almamasının səbəbi də budu.
Fanat.az