16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə Rusiya komandası ilə qarşılaşıb.
Fanat.az xəvər verir ki, qarşılaşma 1:0 hesabı ilə rusiyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamız turnir çərçivəsində martın 29-da Portu region yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız ilk oyunda Portuqaliyaya 0:5 hesabı ilə uduzmuşdu.
Fanat.az