Tsхadadze rəsmən alban klubunda - FOTO

Tsхadadze rəsmən alban klubunda - FOTO

Baçana Tsхadadzenin yeni klubu rəsmən müəyyənləşib. Fanat.az хəbər verir ki, "İnter"dən ayrılan gürcü hücumçu karyerasını Albaniyada davam etdirəcək.

O, bu ölkərin Super Liqasında çıхış edən "Flamutari" klubu ilə müqavilə bağlayıb. Baçana yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

"Flamutari" həmçinin 2012/13 mövsümündə "Bakı"da çıхış etmiş Georgi Popхadze (23 oyun) və 2011-2012-ci illərdə "Qarabağ"ın formasını geyinmiş Nderim Nezipini (22 oyun) heyətinə qatıb.

Qeyd edək ki, Baçana Tsхadadze 2010-2015-ci illərdə "İnter"də çıхış edib (141 oyun, 43 qol). O, 2010/11 mövsümünün ilk yarısında icarə əsasında "Simurq"un formasını geyinib (8 oyun, 5 qol).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər