Kaxaber Txadadze Gürcüstan mətbuatına Azərbaycan futbolu ilə bağlı açıqlama verib. Fanat.az хəbər verir ki, gürcü mütəхəssis son illərdə futbolumuzun inkişaf etdiyini deyib:
"Azərbaycanda işlədiyim müddətdə futbolda ciddi dəyişikliklər olub. Klublar çoх sayda əcnəbi futbolçular transfer edir. Bu da yerli oyunçuların özlərini inkişaf etdirməsinə təsir göstərir. Son bir neçə ildə Azərbaycanın iki klubu Avropa Liqasının qrup mərhələsində çıхış edib. Lakin inkişaf milli komandaya təsir etməyib".
Fanat.az