Tiflisdə 9 qolluq şou - VİDEO

Tiflisdə 9 qolluq şou - VİDEO
UEFA Super Kubokunun qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Tiflisdə keçirilən matçda Çempionlar Liqasının son qalibi "Barselona" Avropa Liqasında birinci olmuş "Sevilya"nı qəbul edib.
İspan klublarının qarşılaşmasında 9 qo vurulub. Matçın əsas vaхtında "Barelona"dan Lionel Messi dubl edib, Rafinya və Luis Suares hərəyə bir qol vurub, "Seviya"da isə Ever Baneqa, Jose Antonio Reyes, Kevin Qameyro və Yevgeni Konoplyanka fərqlənib - 4:4. Bu səbəbdən qalib əlavə vaхtda müəyyənləşib. 115-ci dəqiqədə "Barselona"lı Pedro Rodriges rəqib qapısına yol taparaq komandasını qalib edib - 5:4.
Bununla da "Barselona" 5-ci dəfə Super Kubokun qalibi olub (1992, 1997, 2009, 2011, 2015). "Sevilya" isə indiyədək bir dəfə qalib adını qazanıb (2006), 3 dəfxə bu oyunda uduzub (2007, 2014, 2015).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər