Türkiyənin PTT 1-ci liqasında XXVII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" Ufuk Budakla Umut Sönmezin forma geyindiyi "Qaziantep BB"nin qonağı olub.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Subaşiç son dəqiqələrdə iki sarı vərəqə alaraq meydandan qovulub. A millimizin sabiq üzvü Ufuk Budak 90, 21 yaşadək futbolçulardan ibarət yığmamızda çıхış etmiş Umut Sönmez 65 dəqiqə oynayıb. Umut 49-cu dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "Qaziantep BB" 27 turdan sonra 38 хalla turnir cədvəlinin 9-cu, "Manisaspor" 26 zalla 15-ci pilləsində qərarlaşıb.
Fanat.az