Subaşiç 90 dəqiqə oynadı

Subaşiç 90 dəqiqə oynadı

Serbiya Super Liqasında VI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə "Yavor"la qarşılaşıb. Matç paytaxt təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matça start heyətdə çıxan Subaşiç sonadək mübarizə aparıb.

Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər