Sergey Zenyov geri qayıda bilər

Sergey Zenyov geri qayıda bilər

Topaz Premyer Liqasının 12-ci turunda "İnter"lə heç-heçə edən "Qəbələ" ciddi itki ilə üzləşə bilər. Sport7.az xəbər verir ki, komandanın aparıcı üzvü Sergey Zenyovun durumu müəmmalıdı.

Belə ki, "bankirlər"lə oyunun 27-ci dəqiqəsində zədələnən estoniyalı hücumçu bu gün müayinə olunacaq. Vətəninə yollanan forvardın durumu yaxşı olacağı halda o, Estoniya yığmasının heyətində Gürcüstan və Sent-Kitts və Nevis millilərinə qarşı oynaya biləcək.

Qeyd edək ki, futbolçunun əzələsi dartılıb. Buna görə də, "İnter"lə oyunu davam etdirə bilməyən estoniyalını Samir Zərgərov əvəzləmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər