Salah İspaniya nəhənginə keçir - Satış qiyməti bilindi

Salah İspaniya nəhənginə keçir - Satış qiyməti bilindi

"Liverpul"un ulduzu Məhəmməd Salah yay transfer pəncərəsində klubunu tərk edərək İspaniyaya üz tuta bilər.

Fanat.Az xəbər verir ki, bu iddia ilə "The Sun" çıxış edib.

Misirli hücumçu "Real Madrid"ə keçməyə yaxındır.

Mənbənin məlumatına görə, “Benfika”nın hücumçusu Darvin Nunyesin “Liverpul”a gəlişindən sonra ingilislər Salahı satmağa hazırdır.  Klub rəhbərliyi 70 milyon avroluq təklif olarsa, bunu qəbul edəcəklər.

Mənbə iddia edir ki, Salah üçün əsas namizəd məhz Kilian Mbappeni əldən qaçıran "Real"dır. 

Bundan əvvəl Salahın adı "Barselona" ilə hallanırdı. 

Xatırladaq ki, 30 yaşlı misirli Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər