Ruslar Abışovdan razı qaldılar

Ruslar Abışovdan razı qaldılar

Rusiyalı həmkarlarımız Avroliqanın pley-off mərhələsinin cavab oyununda Norveç “Molde”sini 3 cavabsız qolla yenən “Rubin”in oyunçularınının çıxışını dəyərləndirib. 

Fanat.az xəbər verir ki, “Biznes Onlayn” nəşri 64-cü dəqiqədə Bibras Natxonun əvəzinə meydana çıxan həmyerlimiz Ruslan Abışovu da diqqətdə saxlayıb: “Nadir hallarda əsas heyətdə görünən Abışov adət etmədiyi mövqedə oynadı. Dayaq yarımmüdafiəçisi ampluasında qərarlaşan cinah müdafiəçisi (əslində, Ruslan yığmada da dəfələrlə dayaq yarımmüdafiəçisi mövqeyində top qovub – Fanat.az) ikinci yarıda dominantlıq edən “Rubin”in oyunun ümumi şəklinə xələl gətirmədi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər