"Onunla maraqlanan klublar bunu unutsunlar" - Joze Mourinyu

"Onunla maraqlanan klublar bunu unutsunlar" -  Joze Mourinyu
"Real Madrid"in baş məşqçisi Joze Mourinyu (José Mourinho, Jose Mourinho) braziliyalı hücumçu Endrikin (Endrick) qış transfer pəncərəsində komandadan ayrılmasına icazə vermək niyyətində deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Mole" yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssis futbolçu ilə maraqlanan klublara açıq mesaj göndərib. O, Endrikin potensialına inandığını və gənc hücumçunun Madrid təmsilçisində böyük uğurlar qazana biləcəyini bildirib.
Mourinyu deyib:
"Maraqlanan klublar bunu unutsunlar. Gözləsinlər, əks halda gözləməkdən yorulacaqlar. Endrik çox bəyəndiyim futbolçudur. Onun böyük potensialı var və bizim üçün çox vacibdir".
Baş məşqçi braziliyalı futbolçunun icarəyə verilməsinə ehtiyac olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Endriki heyətinə qatmaq istəyən klublar bu məsələdə ciddi müqavimətlə üzləşəcəklər.
Endrik cari mövsümdə az oyun vaxtı əldə etdiyindən gələcəyi ilə bağlı müzakirələr yaranıb. Bir sıra Avropa klublarının hücumçu ilə maraqlandığı bildirilsə də, Mourinyu onun komandada qalmasını istəyir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər