"Bayern Münhen"in prezidenti "Real Madrid"ə niyə xəbərdarlıq etdi?

"Bayern Münhen"in prezidenti "Real Madrid"ə niyə xəbərdarlıq etdi?
"Bayern Münhen"in (Bayern München, Bayern Munich) prezidenti Herbert Hayner (Herbert Hainer) Maykl Olisenin (Michael Olise) gələcəyi ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Goal.com" yayıb.
Münhen təmsilçisi fransalı vingeri komandada saxlamaqda qərarlıdır və futbolçunun mümkün transferi ilə bağlı digər klubların marağına boyun əymək niyyətində deyil.
Hayner bildirib ki, “Bayern” futbolçularını satmağa məcbur olan klub deyil və qərarlarını güclü mövqedən çıxış edərək verir.
"Maykl Olisenin müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Ümid edirəm ki, o, gələcəkdə müqaviləsini uzadacaq. İstər "Real Madrid", istərsə də başqa klub onunla maraqlansın, biz öz mövqeyimizi qorumağı bacarırıq. "Bayern Münhen"in təklif edə biləcəyi çox şey var", - deyə klub prezidenti vurğulayıb.
Hayner, həmçinin Olisenin Münhendə özünü rahat hiss etdiyini bildirib. Onun sözlərinə görə, futbolçu kluba qoşulduğu vaxt yalnız futbol dünyasına yaxın şəxslər tərəfindən tanınırdı, indi isə bütün futbol aləmi onu tanıyır.
Qeyd edək ki, "Bayern Münhen" Olisenin müqaviləsini uzatmaq istəyir. Klubun idman direktoru Maks Eberl (Max Eberl) isə rəsmi danışıqların hələ başlamadığını bildirib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər