"Mançester Yunayted"in (Manchester United) sabiq kapitanı Roy Kin (Roy Keane) komandanın futbolçuları Brunu Fernandeş (Bruno Fernandes) və Harri Maquayrı (Harry Maguire) sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sports Mole" yayıb.
Mənbənin məlumatına görə, irlandiyalı keçmiş futbolçu bu fikirləri "Mançester Yunayted"in Çempionlar Liqasının Liqa mərhələsində “Atletiko”ya (Atletico Madrid) 0:2 hesabı ilə məğlub olmasından sonra səsləndirib.
Belə ki, argentinalı müdafiəçi Lisandro Martines (Lisandro Martínez, Lisandro Martinez) oyundan sonra klub rəhbərliyini transfer siyasətinə görə tənqid edib. O, komandanın heyətinin lazımi səviyyədə gücləndirilməməsindən narazılığını bildirib.
Roy Kin Fernandeş və Maquayrın komandadaxili problemləri həll etmək üçün kifayət qədər liderlik nümayiş etdirib-etdirməyəcəklərini şübhə altına alıb.
Keçmiş futbolçu xüsusilə təcrübəli oyunçuların belə vəziyyətlərdə məsuliyyət daşımalı olduğunu vurğulayıb. Onun fikrincə, komandanın aparıcı üzvləri problemləri ictimaiyyət qarşısında müzakirə etməklə kifayətlənməməli, soyunub-geyinmə otağında da vəziyyətə müdaxilə etməlidirlər.
Qeyd edək ki, Lisandro Martines sonradan açıqlamasına görə təəssüfünü bildirib. "Mançester Yunayted" isə İngiltərə Premyer Liqasının növbəti turunda "Lids Yunayted"lə (Leeds United) qarşılaşmağa hazırlaşır.
Əlisahib İbrahimli