"Turan Tovuz" bu futbolçusunu "İmişli"yə qarşı oynada bilməyəcək

"Turan Tovuz" bu futbolçusunu "İmişli"yə qarşı oynada bilməyəcək
Misli Premyer Liqasının 8-ci turunda "İmişli" ilə qarşılaşacaq "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a qərb təmsilçisinin sözçüsü Süleyman Tağıyev məlumat verib:
"Cəzalı futbolçumuz yoxdur. Lakin moldovalı oyunçu Denis Marandiçi (Denis Marandić, Denis Marandici) zədə səbəbindən görüşdə iştirak etməyəcək. Başqa zədəli futbolçu yoxdur".
Qeyd edək ki, "İmişli" "Turan Tovuz" matçı 18 oktyabrda Yevlax şəhər stadionunda baş tutacaq. Görüşün start fiti saat 15:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər