“Barselona” (Barcelona) və “Real Madrid” Erlinq Holandın (Erling Haaland) oyununu izləmək üçün skautlarını göndərib.
Fanat.Az xəbər verir ki, “Barselona” və “Real Madrid” “Mançester Siti”nin (Manchester City) hücumçusu Erlinq Holandın “Enfild”dəki (Anfield) oyununu izləmək üçün skautlarını göndərib.
Hər iki klub norveçli ulduzun böyük pərəstişkarıdır və futbolçunun düşərgəsi də gələcəkdə İspaniyada oynamaq arzusundadır.
İspaniya təmsilçiləri Holandın “Mançester Siti” ilə müqaviləsində xüsusi sərbəstqalma bəndlərinin olduğuna inanırlar.