Runi Ronaldunu tənqid etdi

Runi Ronaldunu tənqid etdi
"Mançester Yunayted"in (Manchester United) sabiq futbolçusu Ueyn Runi (Wayne Rooney) Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun (Cristiano Ronaldo) davranışlarını tənqid edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Məlumata görə, ingiltərəli keçmiş futbolçu Ronaldunun milli komandanın düşərgəsini tərk etməsini və bundan sonra açıqlama yaymasını düzgün hesab etmədiyini bildirib.
"Ronaldu möhtəşəm futbolçudur. Lionel Messinin Argentina millisindən ayrıldığı gün onun Portuqaliya yığmasını bu şəkildə tərk etməsi və bəyanat yayması mənim fikrimcə, hər baxımdan yanlış idi. Baş məşqçiyə, komanda yoldaşlarına və Portuqaliya Futbol Federasiyasına bu cür münasibət göstərmək düzgün deyildi. Bütün proses yanlış idi və bunu izləmək xoş deyildi", - deyə Runi vurğulayıb.
O, Ronaldunun karyerasının son mərhələsinə uyğunlaşmaqda çətinlik çəkdiyini də qeyd edib.
"Hər futbolçunun karyerasında elə bir məqam gəlir ki, milli komandadan və sonda futboldan ayrılmaq lazım olur. Təəssüf ki, o, bu mərhələyə yaxınlaşır, lakin vəziyyətlə yaxşı bacarmır. Baş məşqçiyə mətbuat konfransında nə deməli olduğunu diktə etmək mənim indiyədək gördüyüm hadisələrdən kənara çıxır", - deyə sabiq futbolçu əlavə edib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər