Konte "Mançetser Yunayted"ə "yaşıl işıq" yandırdı - Tək əngəl

Konte "Mançetser Yunayted"ə "yaşıl işıq" yandırdı -  Tək əngəl
İtaliyalı mütəxəssis Antonio Konte (Antonio Conte) "Mançester Yunayted"in (Manchester United) baş məşqçi postuna keçməyə müsbət yanaşır və Maykl Kerrikin (Michael Carrick) vəzifəsindən ayrılacağı təqdirdə İngiltərə klubunu çalışdırmağa hazır olduğunu rəhbərliyə çatdırıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "Sky Sports" məlumat yayıb.
"Mançester Yunayted"in uğursuz nəticələri Kerrikin gələcəyi ilə bağlı müzakirələri artırıb.
Mənbənin məlumatına görə, Konte “qırmızı şeytanlar”ın baş məşqçisi olmaq imkanını nəzərdən keçirməyə hazırdır. Bununla belə, klub rəhbərliyinin hazırkı çalışdırıcını istefaya göndərmək barədə yekun qərar verdiyi bildirilməyib.
Qeyd edək ki, Antonio Konte daha əvvəl "Çelsi" (Chelsea), "Tottenhem" (Tottenham), "Yuventus" (Juventus) və "İnter" (Internazionale, Inter Milan) kimi klublarda işləyib. İtaliyalı məşqçi "Çelsi" ilə İngiltərə Premyer Liqasının, "İnter" və "Yuventus"la isə İtaliya çempionatının qalibi olub.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər