Bu gün Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada (Hrvatska, Croatia) keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsi ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Mali Loşin şəhərində baş tutan görüşdə sevinən tərəf təmsilçimiz olub.
Azərbaycan seçməsi Mirmövsüm Canıyev, Cavid Rəhimov, Fərid Abbasov və Kənan Məsiyevin qolları ilə 4:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, yığmamız dünən 2 matça çıxıb. Milli Rumıniya (România, Romania) ilə heç-heçə (3:3) edibsə, Çexiyanı (Česko, Czechia) yenib - 4:2. Komandamız növbəti matçını sabah Slovakiya (Slovensko, Slovakia) yığmasına qarşı keçirəcək.
Toğrul